Ana Sayfa > Dünya > Rusiyada İkinci Dünya müharibəsindən qalan aviabomba tapılıb

Rusiyada İkinci Dünya müharibəsindən qalan aviabomba tapılıb


29-06-2023, 09:18. Yazar: admin


Novorossiyskdə torpaq işləri zamanı İkinci Dünya müharibəsindən qalan “FAB-250” aviabombası aşkarlanıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Novorossiysk administrasiyasının rəhbəri Andrey Kravçenko bildirib.

Partlayıcı obyektin aşkarlandığı ərazi xüsusi nəzarətə götürülüb.

Aviabombanın məhv edilməsi üzrə işləri Rusiya Fövqəladə Hallar Nazirliyinin Don Xilasetmə Mərkəzi aparacaq.
Geri dön