Ana Sayfa > Dünya > Yaponiyanın baş naziri NATO və Aİ sammitlərində iştirak edəcək

Yaponiyanın baş naziri NATO və Aİ sammitlərində iştirak edəcək


27-06-2023, 09:54. Yazar: admin


Yaponiyanın baş naziri Fumio Kişida NATO və Aİ sammitlərində iştirak etmək üçün iyulun 11-dən 14-dək Litva və Belçikaya səfər edəcək.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bundan əlavə hökumət başçısı iyulun 16-dan 19-dək Yaxın Şərqə səfər edəcəyini açıqlayıb.

NATO-nun Vilnüs sammiti iyulun 11-12-də keçiriləcək.

2022-ci ildə Kişida alyans sammitində iştirak edən ilk Yaponiya hökumət başçısı olub.

Bundan sonra Yaponiya Xarici İşlər Nazirliyi NATO-nun Brüsseldəki səfirliyindən ayrılaraq müstəqil missiya yaratmaq və bununla da missiyanın statusunu yüksəltmək qərarına gəlib.
Geri dön