Ana Sayfa > Dünya / Siyasət > Fransa Ukraynanın NATO-ya üzvlüyünə rəsmən imza atdı
Fransa Ukraynanın NATO-ya üzvlüyünə rəsmən imza atdı15-05-2023, 13:41. Yazar: admin |
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron birgə bəyannaməyə imza atıblar. Sənəddə Paris Ukraynanın NATO-ya üzvlüyünə qəbul olunmasına öz imzasını atıb. “Fransa Buxarest Bəyannaməsinə uyğun olaraq Ukraynanın Avro-Atlantik ailəyə doğru irəliləməsinə kömək etmək üçün hazırkı əməkdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün Ukrayna-NATO platformasını tam dəstəkləyir”, - deyə sənəddə qeyd olunub. Bəyannamədə ayrıca paraqraf kimi qeyd olunub ki, Ukrayna və Fransa bu məsələlərin 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində həllini səbirsizliklə gözləyirlər. Eurointegration.com.ua Geri dön |