Ana Sayfa > Dünya > ABŞ-nin 230 mindən çox dövlət qulluqçusunun şəxsi məlumatları internetdə yayılıb

ABŞ-nin 230 mindən çox dövlət qulluqçusunun şəxsi məlumatları internetdə yayılıb


13-05-2023, 12:54. Yazar: admin
ABŞ-nin 230 mindən çox dövlət qulluqçusunun şəxsi məlumatları internetdə yayılıb

ABŞ dövlət qurumlarının 237 min əməkdaşının Nəqliyyat Departamentindəki şəxsi məlumatları internetdə yayılıb.

Bu barədə qurumun ABŞ Konqresinə göndərdiyi məktubda bəyan edilib.

Bildirilir ki, məlumatların sızması “TRANServe” imtiyazların işlənməsi sistemində baş verib. Bu sistem dövlət qulluqçularının yolpulu xərclərinin bir hissəsini kompensasiya edir.

Məlumatların cinayət məqsədləri üçün istifadə edilib-edilmədiyi məlum deyil.

Sistemə giriş dondurulub. Faktla bağlı araşdırma aparılır.

Nəqliyyat Departamentindən bildirilib ki, məlumatların sızdırılması nəqliyyatın özündə heç bir təhlükəsizlik sisteminə təsir etməyib, lakin haker hücumuna kimin cavabdeh olduğu açıqlamayıb.

Reuters
Geri dön