Ana Sayfa > Dünya / Hadisə > Milanın mərkəzində güclü partlayış baş verib

Milanın mərkəzində güclü partlayış baş verib


11-05-2023, 14:55. Yazar: admin


Milanın mərkəzində güclü partlayış baş verib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, məlumatı “La Republika” nəşri yayıb.

İlkin məlumata görə, partlayış qaz silindirləri daşıyan avtomobildə baş verib. Hadisə nəticəsində digər 5 avtomobilə və 4 mopedə ziyan dəydiyi, ərazidə yanğın baş verdiyi bildirilib. Əraziyə polis və yanğınsöndürənlər cəlb olunub.

Partlayış səbəbi ilə yaxınlıqdakı məktəb və qocalar evi təxliyə edilib.
Geri dön