Ana Sayfa > Dünya / Siyasət > Bayden: “Putin bütün cəbhələrdə yanıldı”

Bayden: “Putin bütün cəbhələrdə yanıldı”


14-04-2023, 10:12. Yazar: admin


Rusiya Prezidenti Ukraynaya hücum zamanı dünyanın buna əhəmiyyət verməyəcəyini düşünəndə çox yanılıb.

APA “Sky news”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden İrlandiya Parlamentində çıxışı zamanı deyib.

Bayden deyib ki, Putin Ukraynaya genişmiqyaslı işğala başlayanda dünyanın başqa tərəfə baxacağını düşünüb.

“O, NATO və Aİ-ni məhv edəcəyinə, Qərb dövlətlərinin birliyinin bu sınaq zamanı parçalanacağını və dağılacağını düşünürdü. Ancaq yanıldı. O, hər nöqtədə və bütün cəbhələrdə yanıldı”, - deyə Bayden bidiriib.

Bayden 80 min ukraynalı qaçqını qəbul etdiyinə görə İrlandiyaya təşəkkür edib.
Geri dön