Ana Sayfa > Dünya > ABŞ sahillərində dəniz səviyyəsi rekord həddə qalxıb: Luiziana və Texas batır

ABŞ sahillərində dəniz səviyyəsi rekord həddə qalxıb: Luiziana və Texas batır


12-04-2023, 09:15. Yazar: admin
ABŞ sahillərində dəniz səviyyəsi rekord həddə qalxıb: Luiziana və Texas batır

ABŞ-nin cənub-qərb sahillərində və Meksika körfəzində dəniz səviyyəsi son 12 ildə rekord həddə qalxıb.

Bu barədə Tulan Universitetinin (ABŞ) alimləri araşdırma aparıblar. Onların tədqiqatlarının nəticələri “Nature Communications” jurnalında dərc olunub.

Mütəxəssislər, 1900-cü ilə aid peyk müşahidələrini təhlil ediblər. Onlar müxtəlif amillərin, o cümlədən sahil xəttinin şaquli yerdəyişmələri, buzların əriməsi və hava təzyiqinin təsirini müəyyən etsələr də, bunlardan heç biri müşahidə olunan səviyyədə artım sürətini tam izah edə bilməyib.

Yeganə məntiqi izahat suların istiləşməsidir, onun temperaturunun artması ilə həcmi artır. İqlim modelinin köməyi ilə proqnozlaşdırılıb ki, hazırda daşqınların sürəti ən yüksək həddədir, ancaq yaxın onilliklərdə onlar normal vəziyyətə düşəcək. Təbiətdə belə təbii dalğalanmalara antropogen faktorlar təsir göstərir.

O da vurğulanıb ki, dəniz səviyyəsinin belə yüksək artım templəri ABŞ-də həssas sahil xətlərini, xüsusən də qurunun sürətlə batdığı Luiziana və Texasda vəziyyəti daha da pisləşdirib.

Lenta.ru
Geri dön