Ana Sayfa > Dünya > Reuters: ABŞ Çinlə "sualtı müharibə" aparır

Reuters: ABŞ Çinlə "sualtı müharibə" aparır


26-03-2023, 00:40. Yazar: admin


ABŞ Çinlə "sualtı müharibə" aparır, fiber optik sövdələşmələri pozur. Bu barədə "Reuters" yazıb. Qeyd olunub ki, ABŞ hakimiyyəti fiber-optik kabellərin çəkilməsi ilə məşğul olan Çin şirkətlərinin bazara çıxmasının qarşısını almağa çalışır. Agentlik vurğulayıb ki, təxminən altı belə sövdələşmənin qarşısı artıq alınıb.

Belə ki, "Huawei" şirkətinə məxsus olan Çinin "HMN Tech" şirkəti 3 ildir ki, kabel çəkilməsi müqaviləsi imzalamağa yaxındır. Amma sonda sifarişin icraçısı kimi "American SubCom MMC" seçilib./AzVision
Geri dön