Ana Sayfa > Dünya > Obama İŞİD-ə qarşı quru qoşunlarından da istifadə olunmasını istəyir

Obama İŞİD-ə qarşı quru qoşunlarından da istifadə olunmasını istəyir


11-02-2015, 15:16. Yazar: admin
Obama İŞİD-ə qarşı quru qoşunlarından da istifadə olunmasını istəyir
ABŞ prezidenti Barack Obamanın Konqresə İslam Dövləti yaraqlılarına qarşı quru qoşunlarından 3 il məhdud istifadə edilməsi barədə plan açıqlayacağı gözlənilir.

Obamanın təklifində yaraqlılarla mübarizədə xüsusi təyinatlı qüvələr və hərbi müdafiə müşavirlərindən istifadə edilməsinə icazə verilməsi nəzərdə tutulur.

Amma sənəddə quru qoşunlarının hərtərəfli istifadəsindən söhbət getmir.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri hazırda İraq və Suriyada yaraqlıların mövqelərinə havadan zərbələr edndirirlər.

ABŞ Konqresində Obamanın təklifinin müzakirəsi və fevralın sonlarında səsə qoyulacağı gözlənilir.

Geri dön