Ana Sayfa > Dünya > Ned Prays vəzifəsindən azad edilib

Ned Prays vəzifəsindən azad edilib


8-03-2023, 12:12. Yazar: admin


“ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib, o, ABŞ Xarici İşlər Nazirliyində yeni vəzifə tutacaq”.

Bu açıqlama ilə ABŞ Dövlət katibi Antoni Blinken çıxış edib.

O əlavə edib ki, Ned Praysı müvəqqəti olaraq onun hazırkı müavini Vedant Patel əvəz edəcək.

Məlumat üçün qeyd edək ki, Ned Prays sözügedən vəzifəni 2021-ci ildən icra edirdi.

Mənbə: State.gov
Geri dön