Ana Sayfa > Dünya > Fransız ordusu Burkina Fasodan qovulur

Fransız ordusu Burkina Fasodan qovulur


22-01-2023, 22:37. Yazar: admin
Fransız ordusu Burkina Fasodan qovulur

Burkina-Faso hökumətinin yanvarın 22-də qəbul etdiyi qərara görə, Fransa silahlı qüvvələri ölkə ərazisini bir ay ərzində tərk etməyə borcludur.

Burkina-Faso ərazisində Fransa hərbi kontingentinin mövcudluğu ilə bağlı razılaşma hökumət tərəfindən pislənilib.

“Hökumət 2018-ci ildən Fransa silahlı qüvvələrinin mövcudluğunun tənzimləndiyi sazişi denonsasiya edib. Sazişin şərtlərinə əsasən, bu, Fransa silahlı qüvvələrinə Burkina-Faso ərazisini tərk etmək üçün bir ay verir”, - deyə hökumətin bəyanatında deyilir.

Qeyd edək ki, bir neçə aydır ki, ölkədə Fransa qoşunlarının çıxarılması tələbi ilə müntəzəm olaraq nümayişlər keçirilir.

rossaprimavera.ru
Geri dön