Ana Sayfa > Dünya > Rusiya Britaniyanın XİN rəhbəri və Baş Qərargah rəisinə sanksiya tətbiq edib

Rusiya Britaniyanın XİN rəhbəri və Baş Qərargah rəisinə sanksiya tətbiq edib


14-01-2023, 21:06. Yazar: admin


Rusiya Böyük Britaniya xarici işlər naziri və Baş Qərargah rəisinə sanksiya tətbiq edib.

Vertikal.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu ilin yanvarında Britaniya hökuməti tərəfindən anti-Rusiya kursunun davam etdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin bir sıra üzvlərinin, hüquq-mühafizə orqanlarının və Böyük Britaniyanın jurnalist korpusunun nümayəndələrinin əlavə olaraq Rusiyanın “stop siyahısı”na daxil edilməsi qərara alınıb. Onların arasında, xüsusən də Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, Regionların sosial-iqtisadi inkişafı, mənzil, icma və yerli idarəetmə naziri Maykl Qov, Lankaster Hersoqluğunun Kansleri Oliver Douden, Baş Qərargah rəisi Patrik Sanders , Britaniya Silahlı Qüvvələrinin Strateji Komandanlığı və Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbərliyinin nümayəndələri var", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Geri dön