Ana Sayfa > Dünya / Hadisə > ABŞ-da qar fırtınası səbəbindən 1 500-dən çox aviareys ləğv edilib

ABŞ-da qar fırtınası səbəbindən 1 500-dən çox aviareys ləğv edilib


25-12-2022, 13:47. Yazar: admin


ABŞ-ın böyük bir hissəsini vuran qar fırtınası səbəbindən 1 500-dən çox aviareys ləğv edilib.

Vertikal.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.

Gecikmiş uçuşların sayı 504-ə çatıb.

Qeyd edək ki, qar fırtınası azı 23 nəfərin həyatına son qoyub. Bundan başqa, qar fırtınası səbəbindən ölkədə 240 minə yaxın istifadəçi işıqsız qalıb.
Geri dön