Ana Sayfa > Dünya > Britaniya Rusiya ilə dünyada nüfuz uğrunda rəqabət aparmaq planlarını açıqladı

Britaniya Rusiya ilə dünyada nüfuz uğrunda rəqabət aparmaq planlarını açıqladı


11-12-2022, 11:43. Yazar: admin
Britaniya Rusiya ilə dünyada nüfuz uğrunda rəqabət aparmaq planlarını açıqladı

Böyük Britaniyanın Xarici İşlər Naziri Londonun dünyanın bir sıra regionlarında təsirini genişləndirəcəyini bildirib.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xarici işlər naziri Ceyms Kleverli bildirib ki, London Rusiyanın bu regionlardakı ölkələrə təsirinin qarşısını almaq üçün Asiya, Afrika və Latın Amerikası dövlətləri ilə əlaqələri inkişaf etdirəcək.

“Böyük Britaniya təklifi bu ölkələrlə əlaqələri inkişaf etdirmək onların maraqlarına və ticarət, investisiya, müdafiə, texnologiya və iqlim dəyişikliyində Britaniyanın güclü tərəflərinə əsaslanacaq”, - deyə nazir bildirib.

O əlavə edib ki, London 10-20 il bundan sonra stabil olacaq xarici siyasət strategiyası qurmaq istəyir.

Xatırladaq ki, bir müddət əvvəl Kleveri Rusiya ilə münasibətləri normallaşdırmaq planının olmadığını bildirmişdi.

Geri dön