Ana Sayfa > Dünya > Çini etirazlar dalğası bürüdü

Çini etirazlar dalğası bürüdü


28-11-2022, 10:36. Yazar: admin


Sosial şəbəkələrdə Çin şəhərlərində çəkildiyi iddia edilən və insanların sərt anti-COVID məhdudiyyətlərinə qarşı şüarlar səsləndirdiyi videolar yayılıb.

Məlumata görə, belə videolar Çin sosial şəbəkələrindən sürətlə silinir.

Bildirilir ki, bu gün ölkənin şərqində yerləşən çoxmilyonlu Şanxayın sakinləri etiraz aksiyasına çıxıblar.

Bundan əlavə, şahidlərin sözlərinə görə, Çinin ən nüfuzlu ali təhsil ocağı olan Pekindəki Sinxua Universitetinin tələbələri də sərt anti-COVID məhdudiyyətləri ilə razılaşmadıqları üçün etiraz aksiyası keçiriblər.

Oxu.az
Geri dön