Ana Sayfa > Dünya > BMT TŞ Ukraynaya görə təcili iclas keçirəcək

BMT TŞ Ukraynaya görə təcili iclas keçirəcək


23-11-2022, 22:09. Yazar: admin


BMT Təhlükəsizlik Şurasının Ukraynaya görə təcili iclası Nyu-York vaxtı ilə saat 16.00-da (Bakı vaxtı 01.00) keçirəcək.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polanski məlumat verib.

İclasda Ukrayna Prezidenti Volodimir Zelenskinin də videokonfrans yolu ilə çıxışı nəzərdə tutulub.
Geri dön