Ana Sayfa > Dünya > BMT Suriyadakı Rusiya səfirliyinə “terror” hücumunu pisləyir

BMT Suriyadakı Rusiya səfirliyinə “terror” hücumunu pisləyir


20-05-2015, 09:41. Yazar: admin
BMT Suriyadakı Rusiya səfirliyinə “terror” hücumunu pisləyir
Mayın 19-da BMT-nin Təhlükəsizlik Şurası Suriya paytaxtında Rusiya səfirliyinə “terror hücumu”nu pisləyib.

Rəsmi məlumata görə, səfirlik binasına atəş açılıb, bir diplomatın ofisi, eləcə də binaya “ciddi maddi ziyan” dəyib, ancaq nahar fasiləsi olduğundan xəsarət alan olmayıb.

Hücum qanunsuz silahlı qrupların nəzarətində olan Jobar ərazisindən edilib. Ancaq hələlik hücuma görə məsuliyyət daşıyan qrup müəyyənləşməyib.

Dəməşqdəki Rusiya səfirliyi əvvəllər də hücuma məruz qalıb. Rusiya Suriya hökumətinin güclü müttəfiqidir.

ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyi də ayrı-ayrı bəyanatlarda hücumu pisləyib.

Geri dön