Ana Sayfa > Dünya > Kreml Xerson vilayətinin statusunun dəyişdirilməsini mümkünsüz hesab edir
Kreml Xerson vilayətinin statusunun dəyişdirilməsini mümkünsüz hesab edir11-11-2022, 14:49. Yazar: admin |
Xerson vilayəti Rusiya Federasiyasının subyektidir, bu status təsbit olunub və burada heç bir dəyişiklik ola bilməz. APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. "Bu, Rusiya Federasiyasının subyektidir. Qanunvericiliklə bu mövzu təsbit olunub, müəyyən edilib. Heç bir dəyişiklik yoxdur və ola da bilməz", - deyə Kremlin sözçüsü jurnalistlərin Rusiyanın bütün Xerson vilayətini öz ərazisi hesab etməkdə davam edib-etməməsi ilə bağlı sualı cavablandırarkən bildirib. Geri dön |