Ana Sayfa > Dünya > Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələrinin itkiləri 70 mini ötüb”

Ukrayna Baş Qərargahı: “Rusiya Silahlı Qüvvələrinin itkiləri 70 mini ötüb”


29-10-2022, 13:27. Yazar: admin


Ukraynada son sutkada Rusiyanın, təxminən, 550 canlı qüvvəsi məhv edilib.

Vertikal.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 70 250 hərbçisi məhv edilib.

Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin indiyədək digər döyüş itkiləri 2 659 tank, 5 401 zirehli maşın, 1 406 operativ-taktiki PUA, 1 708 artilleriya sistemi, 380 reaktiv yaylım atəşi sistemi, 195 hava hücumundan müdafiə sistemi, 273 təyyarə, 252 helikopter, 4 107 avtomobil və tanker, 152 xüsusi texnikadan ibarətdir.
Geri dön