Ana Sayfa > Dünya > Şimali İrlandiyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Şimali İrlandiyada növbədənkənar parlament seçkiləri keçiriləcək28-10-2022, 09:39. Yazar: admin |
Şimali İrlandiyada müxtəlif siyasi qüvvələr hökuməti vaxtında formalaşdıra bilmədikləri üçün yaxın aylarda ölkədə Assambleyaya (yerli parlamentə) növbədənkənar seçkilər keçirilməlidir. Qanunla altı ay ərzində hökumət qurmağın qeyri-mümkün olması Britaniyanın Şimali İrlandiya üzrə naziri Kris Hiton-Harrisi 12 həftə ərzində Assambleyaya növbədənkənar seçkilər elan etməyə məcbur edir. Qeyd edək ki, mayın 5-də keçirilən ölkədəki son parlament seçkilərində Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılmasını və İrlandiya ilə birləşməsini müdafiə edən “Şinn Feyn” partiyası tarixdə ilk dəfə qalib gəlib. Mənbə: TASS Geri dön |