Ana Sayfa > Dünya > Kreml: Rusiya sərhədləri bağlamağı planlaşdırmır

Kreml: Rusiya sərhədləri bağlamağı planlaşdırmır


19-10-2022, 16:18. Yazar: admin


Rusiya sərhədləri bağlamağı planlaşdırmır.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiyanın Ukraynadan birləşdirilən dörd regionunda hərbi vəziyyətin tətbiq olunması müstəvisində sərhədlərin bağlanmasını planlaşdırmadığını söyləyib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Donetsk, Luqansk, Xerson və Zaporojyedə hərbi vəziyyətin tətbiq olunması barədə fərman imzalayıb.



Geri dön