Ana Sayfa > Dünya > İran ABŞ-la saxlananların mübadiləsinə hazır olduğunu bildirib

İran ABŞ-la saxlananların mübadiləsinə hazır olduğunu bildirib


27-09-2022, 08:51. Yazar: admin


Rəsmi Tehran Vaşinqtonla saxlananların mübadiləsinə hazır olduğunu bildirib.

Vertikal.az APA-ya istinadən bildirir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-ın Al-Monitor nəşrinə müsahibəsində bildirib.

Diplomat bildirib ki, bu mübadilənin Birgə Fəaliyyət Planı ilə əlaqəli olmaya da bilər.

“Biz bu humanitar məsələ ilə Birgə Fəaliyyət Planı arasında əlaqə görmürük. Biz saxlananların mübadiləsinə hazırıq, çünki bu sırf humanitar məsələdir” – deyə iranlı diplomat qeyd edib.
Geri dön