Ana Sayfa > Dünya > Rusiyalı hərbçilər Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə zəhərli konteynerlər atıblar

Rusiyalı hərbçilər Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə zəhərli konteynerlər atıblar


24-09-2022, 12:55. Yazar: admin
Rusiyalı hərbçilər Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə zəhərli konteynerlər atıblar

Rusiyalı hərbçilər drondan istifadə etməklə Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddələr olan konteynerlər atıblar.

Bu barədə ölkənin “Cənub” Əməliyyat Komandanlığından bildirilib.

“Pilotsuz uçuş aparatının köməyi ilə döyüş mövqelərimizə içərisində zəhərli maddələr olan konteynerlər, ehtimal ki, “K-51” xloropikrin qumbarası atılıb”, - deyə komandanlıqdan xəbər verilib.

Bildirilir ki, döyüş həkimlərinin dəqiq işi sayəsində itki olmayıb və kritik vəziyyət qeydə alınmayıb.

Mənbə: Slovoidilo.ua
Geri dön