Ana Sayfa > Dünya > Məşhur anonim rəssamın II Elizabetə həsr olunmuş qrafitisi tapıldı - FOTO

Məşhur anonim rəssamın II Elizabetə həsr olunmuş qrafitisi tapıldı - FOTO


22-09-2022, 09:03. Yazar: admin
Məşhur anonim rəssamın II Elizabetə həsr olunmuş qrafitisi tapıldı - FOTO

ngiltərənin Uiltşir qraflığında binalardan birinin divarında mərhum kraliça II Elizabetin şərəfinə çəkilmiş qrafiti tapılıb. Ehtimallara görə, müəlliflik məşhur anonim rəssam Benksiyə (Banksy) aid ola bilər.

Divarda rəssamın məşhur “Şarlı qız” əsəri çəkilib, lakin mərhum monarxın xatirəsinə kraliyyətə aid EIIR şifrəsi əlavə edilib.



Bununla belə bu işin Benksiyə aid olub-olmadığı dəqiq bilinmir. Çünki anonim rəssam adətən sosial şəbəkələrdə öz qraffitilərini yerləşdirir və nadir hallarda köhnə işləri üzərində iş görür.

Mənbə: Lenta.ru
Geri dön