Ana Sayfa > Dünya > NASA-nın raket sınağı uğurlu olub

NASA-nın raket sınağı uğurlu olub


22-09-2022, 09:02. Yazar: admin


ABŞ Aerokosmik Agentliyi NASA Aya göndərmək istədiyi raketin yerüstü sınaqlarını həyata keçirib.

APA-nın “Bild” nəşrinə istinadla xəbərinə görə, startı 3 dəfə təxirə salınmış SLS raketi yenidən yoxlanılıb. Rezervuar və borularda olan sızmalar aradan qaldırılıb. Texniki heyət raketin uçuşa hazır olduğunu bildirib.

Raketinin növbəti buraxılışının vaxtı məlum deyil.
Geri dön