Ana Sayfa > Dünya > Ukrayna 215 hərbi əsiri dəyişib

Ukrayna 215 hərbi əsiri dəyişib


22-09-2022, 08:55. Yazar: admin


Ukrayna ilə Rusiya arasında indiyədək ən böyük əsir mübadiləsi həyata keçirilib.

Vertikal.az APA'ya istinadən bildirir ki, bu barədə Ukrayna prezidentinin administrasiyasının rəhbəri Andrey Yermak məlumat verib.

Azad edilənlər arasında Azovstalın müdafiəçiləri, hamilə hərbçi qadınlar, 5 nəfər Ukrayna qəhrəmanı, mülki şəxslər, həmçinin əcnəbilər var.

Bunun müqabilində həbsdə olan “Müxalifət Platforması - Həyat üçün” partiyasından olan deputat Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib. Medvedçukla yanaşı əsirlikdə olan 55 rus əsgəri də komandanlıqlarına təhvil verilib.



Geri dön