Ana Sayfa > Dünya > Putin: Luqansk, Donetsk, Xerson və Zaporojyedə referendumun keçirilməsinə hər cür dəstək verəcəyik
Putin: Luqansk, Donetsk, Xerson və Zaporojyedə referendumun keçirilməsinə hər cür dəstək verəcəyik21-09-2022, 10:30. Yazar: admin |
Rusiya “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası”, Xerson və Zaporojye vilayətlərində referendumun keçirilməsinə hər cür dəstək verəcək. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bəyan edib. “Referendumun təhlükəsiz şəraitdə keçirilməsi, insanların bölgənin gələcəyi ilə bağlı iradələrini sərbəst ifadə edə bilmələri üçün hər şey edəcəyik”, - deyə Putin bildirib. Geri dön |