Ana Sayfa > Dünya > Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır
Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır11-09-2022, 15:01. Yazar: admin |
Kraliça II Elizabetin cənazəsi Balmoral qəsrindən Edinburqa aparılır. APA-nın Britaniya bürosunun xəbərinə görə, cənazənin olduğu tabut “Holyroodhouse”un Taxt Otağında - monarxın rəsmi Şotlandiya iqamətgahında saxlanacaq, saray işçiləri öz hörmət və ehtiramlarını göstərə biləcəklər. Bazar ertəsi cənazə Edinburqdakı St Giles Katedralinə aparılacaq, ictimaiyyət tərəfindən baxılmasına bazar ertəsi saat 17:00-da icazə veriləcək. 13 sentyabrda tabut Edinburqdan Londona - Bakinqam sarayına aparılacaq, 14 sentyabrda isə “Westminster Hall”a gətiriləcək və zal 4 gün ərzində ictimaiyyətə açıq olacaq. Dəfn mərasimi 19 sentyabrda gerçəkləşəcək. Geri dön |