Ana Sayfa > Dünya / Hadisə > Pakistanda yağışın yaratdığı fəsadlar nəticəsəində ölənlərin sayı 1314 nəfərə çatıb

Pakistanda yağışın yaratdığı fəsadlar nəticəsəində ölənlərin sayı 1314 nəfərə çatıb


5-09-2022, 08:26. Yazar: admin


Pakistanda musson yağışın yaratdığı hadisə nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.

Ölənlərin sayı 1314 nəfərə çatıb.

İyunun 14-dən bəri davam edən yağış nəticəsində 458-i uşaq və 262-si qadın olmaqla 1314 nəfər ölüb, 12703 nəfər yaralanıb.

Yağışlar nəticəsində 1 milyon 682 min 726 evə ziyan dəyib, onlardan 557 min 891-i tamamilə dağılıb.

Yağışlardan 33 milyon 400 min insan zərər çəkir.



Geri dön