Ana Sayfa > Dünya > İran İraqa kömək etməyə hazırdır

İran İraqa kömək etməyə hazırdır


19-05-2015, 10:53. Yazar: admin
İran İraqa kömək etməyə hazırdır
İranın Ali Dini lideri Ayatollah Ali Khamenei-nin baş müşaviri deyib ki, Tehran İslam Dövləti (İD) yaraqlıları ilə mübarizədə İraqa kömək etmək üçün “istənilən addım”ı həyata keçirməyə hazırdır. Khamenei-nin beynəlxalq məsələlər üzrə müşaviri olan Ali Akbar Velayati mayın 18-də Reuters agentliyinə danışıb. Bir gün öncə İD ekstremist qrupu İraqın qərbi Ənbər vilayətinin paytaxtı Ramadini ələ keçirib.

İraq rəsmilərinin sözlərinə görə, İranın dəstəklədiyi şiə döyüşçülər Ramadini yenidən ələ keçirmək üçün toplaşır. Ramadi Bağdaddan 110 kilometr qərbdə yerləşir.

Mayın 18-də İranın müdafiə naziri general Hossein Dehghan Bağdada gəlib. O, İraq rəsmiləri ilə danışıqlar aparacaq.

Geri dön