Ana Sayfa > Dünya > Polşa Cənubi Koreya ilə tank təchizatına dair müqavilə bağlayıb

Polşa Cənubi Koreya ilə tank təchizatına dair müqavilə bağlayıb


27-08-2022, 00:02. Yazar: admin


Polşanın Müdafiə Nazirliyi Cənubi Koreya ilə “К2 Black Panther” tankları və “K9” özüyeriyən artilleriya qurğularının alınmasına dair müqavilə imzalayıb.

APA-nın TASS-a istinadla xəbərinə görə, imzalanma mərasimni Polşanın Moronq şəhərindəki hərbi hissədə baş tutub.

Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib ki, oktyabrda hərbçilər yeni texnikanı öyrənmək üçün Koreyaya ezam olunacaq.

Müqaviləyə görə yaxın 3 ildə “Hyundai” Polşa ordusunu180 ədəd K2 tankı ilə təchiz edəcək. Şirkət həmçinin texnikanın öyrədilməsi və sursat təchizatını da üzərinə götürüb.
Geri dön