Ana Sayfa > Dünya > Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşüb

Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşüb


24-08-2022, 16:26. Yazar: admin


Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya Milli Koalisiyasının prezidenti Salem Əl-Meslet, Danışıqlar Komissiyasının sədri Bedr Camus və Müvəqqəti hökumətin baş naziri Əbdürrəhman Mustafa ilə görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə bu barədə nazir “Twitter“ hesabında məlumat paylaşıb.

“Biz müxalifətin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində siyasi proseslərə verdiyi töhfəni yüksək qiymətləndirir və dəstəkləyirik”, - deyə Çavuşoğlu paylaşımda qeyd edib.
Geri dön