Ana Sayfa > Dünya > Boris Conson: "Putin Krıma etdiklərini əslində bütün Ukraynaya etməyi planlaşdırır"

Boris Conson: "Putin Krıma etdiklərini əslində bütün Ukraynaya etməyi planlaşdırır"


23-08-2022, 20:19. Yazar: admin


Britaniya Baş naziri Boris Conson dünya liderlərini Kremlin Ukraynanın digər bölgələrində Krımın ilhaqını təkrarlamasına imkan verməməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Baş nazir Conson beynəlxalq Krım Platformasının ikinci sammitində çıxışında deyib.

"Rusiya bu iyrənc müharibəni bitirənə və bütün Ukraynadan öz qüvvələrini çıxarana qədər Britaniya Ukraynaya hərbi, humanitar, iqtisadi və diplomatik dəstək verməyə davam edəcək", o deyib.
Baş nazir müttəfiqləri Rusiya qoşunları Ukraynanın "bütün ərazilərindən" çəkilənə qədər onu dəstəkləməyə davam etməyə çağırıb.
"Putin Krıma etdiklərini Ukraynanın digər bölgələrinə - əslində bütün Ukraynaya etməyi planlaşdırır. Rusiya rəhbərliyi daha çox ilhaqlar və daha çox saxta referendumlar hazırlayır. Rusiyanın Krımı və ya hər hansı digər Ukrayna ərazisini ilhaqı heç vaxt tanınmamalıdır", Boris Conson vurğulayıb.
Geri dön