Ana Sayfa > Dünya > Rusiyalı hakerlər Finlandiya parlamentinin saytına hücum ediblər

Rusiyalı hakerlər Finlandiya parlamentinin saytına hücum ediblər


9-08-2022, 22:20. Yazar: admin
Rusiyalı hakerlər Finlandiya parlamentinin saytına hücum ediblər

Rusiyanın “NoName057” haker qrupu Finlandiya parlamentinin saytına kiber hücum edib.

Bu barədə qrupun “Telegram” kanalında məlumat verilib.

“Biz NATO-ya üzv olmaq istəyən qonşu Finlandiyaya “dostluq” səfəri etmək qərarına gəldik və bu ölkənin parlamentinin saytında daxili icazə xidmətini ləğv etdik”, - deyə hakerlərin bəyanatında bildirilib.

Hadisədən bir müddət sonra Finlandiya Parlamentinin veb saytına daxil olmağa çalışdıqda xidmətin IP ünvanının tapılmaması barədə bildiriş görünüb.

Haker hücumu faktı artIq parlament tərəfindən də təsdiqlənib.

Mənbə: lenta.ru
Geri dön