Ana Sayfa > Dünya > FTB Trampın evində axtarış aparıb - YENİLƏNİB
FTB Trampın evində axtarış aparıb - YENİLƏNİB9-08-2022, 12:24. Yazar: admin |
ABŞ-nin Federal Təhqiqatlar Bürosu (FTB) sabiq prezident Donald Trampın evində axtarışla bağlı şərh verməyib. Lakin axtarışın bəzi detalları məlum olub. APA-nın xəbərinə görə, bir müddət əvvəl ABŞ-ın Milli Arxivi Trampın vəzifədən gedərkən özü ilə apardığı 15 qutu sənədi geri verməyi tələb etmişdi. Bunların arasında tam məxfi sənədlər, xəritə və Şimali Koreyaya dair qovluqlar yer alırdı. 1978-ci ildə qəbul edilmiş qanuna görə, prezidentin səlahiyyət müddəti başa çatdıqda bütün sənədləri saxlanmaq üçün arxivə verməlidir. Milli Arxiv Trampın sənədləri götürməsi faktına görə məhkəməyə müraciət edib. ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq prezident Donald Trampın evində axtarış aparıb. APA-nın xəbərinə görə, bu barədə Tramp özü məlumat verib. “Bu elan edilməmiş axtarış üçün heç bir zərurət yox idi”, - deyə keçmiş prezident bildirib. Bununla belə, Tramp axtarışın hansə səbəblə keçirildiyi barədə məlumat verməyib. Geri dön |