Ana Sayfa > Dünya > BMT Baş Assambleyasının sədri Gürcüstana səfər edib REGİON

BMT Baş Assambleyasının sədri Gürcüstana səfər edib REGİON


25-07-2022, 09:50. Yazar: admin


BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid Gürcüstana rəsmi səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu, BMT BA sədrinin Gürcüstana ilk səfəridir.

Səfər çərçivəsində A.Şahid Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlament sədri Şalva Papuaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşəcək.

BMT BA-nın sədri həmçinin işğal xəttinə, eyni zamanda Tserovani kəndində məcburi köçkünlərin yaşadığı qəsəbəyə baş çəkəcək. O, həmçinin Ədliyyə Evini də ziyarət edəcək, vətəndaşlara göstərilən dövlət xidmətlərinin modeli və islahatlarla tanış olacaq.

A.Şahid BMT-nin Gürcüstandakı nümayəndəliyində də olacaq və burada BMT proqramında iştirak edən QHT-lərin nümayəndələri ilə görüş keçirəcək.

BMT BA-nın sədri səfər çərçivəsində Kaxeti bölgəsinin iqtisadi və turizm potensialı ilə də tanış olacaq.
Geri dön