Ana Sayfa > Dünya > Avropa Komissiyası Ukraynaya 9 mlrd. avroluq yeni yardım təklif edir
Avropa Komissiyası Ukraynaya 9 mlrd. avroluq yeni yardım təklif edir18-05-2022, 15:34. Yazar: admin |
Müharibə müddətində də, yenidənqurma prosesində biz Ukraynanın yanında olmağa davam edəcəyik. APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib. O bildirib ki, Avropa Komissiyası Ukraynaya 2022-ci ildə 9 milyard avroya qədər yeni makromaliyyə yardımı təklif edir. “Yenidənqurma investisiya və islahatlarla birgə reallaşmalıdır. Biz Ukraynanın və Avropa Komissiyasının rəhbərlik edəcəyi yenidənqurma platformasının yaradılmasını təklif edirik. Bu platforma Aİ-nin üzv dövlətlərini, beynəlxalq donorları, maliyyə institutlarını və digər tərəfdaşları bir araya gətirəcək”, - o qeyd edib. Geri dön |