Ana Sayfa > Dünya > Putin: “Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur”

Putin: “Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur”


16-05-2022, 16:25. Yazar: admin


NATO-nun genişlənməsi problemdir. Hansı ki, mənim fikrimcə, bu süni olaraq yaradılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin sammitində çıxışında bildirib.
Putin, bunun ABŞ-ın xarici siyasət maraqları çərçivəsində edildiyini qeyd edib: “NATO-nun genişlənməsi xarici siyasətdə alət kimi istifadə olunur. Bütün bunlar təhlükəsizlik sahəsində sadə olmayan beynəlxalq vəziyyəti dərinləşdirir. O ki qaldı şimal alyansının yeni üzvlər - Finlandiya və İsveçin hesabına genişlənməsi, məlumat verim ki, Rusiyanın bu dövlətlərlə heç bir problemi yoxdur. Ona görə də bu mənada bu ölkələrin hesabına NATO-nun genişlənməsi Rusiya üçün təhdid yaratmır. Lakin bu ərazilərdə hərbi infrastrukturun genişlənməsi isə sözsüz ki, bizi cavab tədbirləri görməyə çağırır. Bu cavab tədbirlər necə olacaq, bizim üçün yaradılacaq təhdidlərdən çıxış edərək cavab verəcəyik. Problem boş yerə yaradılır. Biz buna müvafiq şəkildə reaksiya verəcəyik”.
Geri dön