Ana Sayfa > Dünya > Ukraynada 9 humanitar dəhlizin açılması razılaşdırılıb

Ukraynada 9 humanitar dəhlizin açılması razılaşdırılıb


12-04-2022, 11:53. Yazar: admin


Ukraynada aprelin 12-də əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Facebook” hesabındakı paylaşımında qeyd edib. O, humanitar dəhlizlərdən 5-nin döyüşlərin daha çox getdiyi Luqansk regionu üçün nəzərdə tutulduğunu bildirib.

Ötən gün Ukraynanın şəhərlərindən humanitar dəhlizlər vasitəsi ilə ümumilikdə 4 354 nəfərin təxliyə edildiyi bildirilir. Mühasirədə saxlanılan Mariupolu isə 550 mülki şəxs tərk edə bilib.
Geri dön