Ana Sayfa > Dünya > Zelenskiyə qarşı sui-qəsd cəhdi

Zelenskiyə qarşı sui-qəsd cəhdi


22-03-2022, 09:36. Yazar: admin
Zelenskiyə qarşı sui-qəsd cəhdi

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Bildirilir ki, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini ələ keçirib.
Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz edilib. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıb.

Silahlıları Rusiya qoşunlarının bölgüsü adı altında Kiyevə köçürmək və hökumət məhəlləsində cinayət əməlləri həyata keçirmək planlaşdırılırmış.
Geri dön