Ana Sayfa > Dünya > Çində Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb

Çində Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb


21-03-2022, 15:55. Yazar: admin
Çində Boeing 737 sərnişin təyyarəsi qəzaya uğrayıb

Çin Şərqi Hava Yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi Çinin cənubunda qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə Çinin milli televiziyası məlumat yayıb.

Bildirilib ki, içərisində 133 nəfərin olduğu Boeing 737 sərnişin təyyarəsi Çinin Quanksi-Çjuan Muxtar Bölgəsinin Vuzhou şəhərinin Teng qraflığında qəzaya uğrayıb.

Ölən və yaralananlar barədə məlumat verilməyib, axtarış-xilasetmə işlərinə başlanılıb. Qəza yerində meşə yanğınının başladığı məlum olub.



Geri dön