Ana Sayfa > Dünya > Böyük Britaniyanın baş naziri təcili Kiyevə səfər etmək niyyətində olduğunu açıqlayıb

Böyük Britaniyanın baş naziri təcili Kiyevə səfər etmək niyyətində olduğunu açıqlayıb


21-03-2022, 15:47. Yazar: admin
Böyük Britaniyanın baş naziri təcili Kiyevə səfər etmək niyyətində olduğunu açıqlayıb

Hazırda təhlükəsizlik xidmətləri belə bir səfərin mümkünlüyünü yoxlayır.

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə şəxsi görüş üçün Kiyevə təcili səfər etməyi düşünür.

APA bildirir ki, bu barədə “Daily Mail” nəşri məlumat verib.

Məlumata görə, bu yolla Britaniyanın baş naziri Rusiya ilə müharibədə Ukraynaya dəstək nümayiş etdirmək niyyətindədir.

Eyni zamanda o, rəsmilərdən prezident Volodimir Zelenski ilə danışıqlar üçün Ukrayna paytaxtına səfərin praktikliyi və dəyərini araşdırmağı xahiş edib. Xəbərdarlıqlara baxmayaraq, Conson bacararsa “getmək istəyir”.
Geri dön