Ana Sayfa > Dünya > Kabildə qonaq evinə hücum olub, 5 nəfər ölüb
Kabildə qonaq evinə hücum olub, 5 nəfər ölüb14-05-2015, 09:55. Yazar: admin |
Mayın 13-də silahlılar Əfqanıstan paytaxtında qonaq evinə hücum ediblər, 5 nəfər öldürülüb, 6 nəfər yaralanıb. Öldürülənlərin biri amerikalı, ikisi hindistanlı olub. İki saat çəkən mühasirədən sonra Kabil Park Palace Hotel-dən 54 nəfər xilas edilib. Silahlıları polis qətlə yetirib. Görünür, onlar daha çox adamı öldürməyi hədəfləyən intihar missiyası planlaşdırıblar. Öldürülən 3 silahlı intihar jiletlərini partlada bilməyib. Ötən il taliban silahlıları Kabildə – restoran və oteldə iki oxşar hücum həyata keçiriblər. Dünənki hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Geri dön |