Ana Sayfa > Dünya > Qazaxıstan terror təhlükəsinin "kritik" səviyyəsini elan edib

Qazaxıstan terror təhlükəsinin "kritik" səviyyəsini elan edib


7-01-2022, 11:12. Yazar: admin
Qazaxıstan terror təhlükəsinin "kritik" səviyyəsini elan edib

Qazaxıstanda terror təhlükəsinin "kritik qırmızı" səviyyəsi elan edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə yerli "Tengrinews.kz" portalı məlumat yayıb.

Mesajda bildirilir ki, belə bir terror təhlükəsi bütün ölkə ərazisində tətbiq edilib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikanın bütün bölgələrində konstitusiya quruluşunun əsas etibarilə bərpa olunduğunu bildirib.

Qazaxıstan Daxili İşlər Nazirliyi bəyan edib ki, silahı yerə qoymaqdan imtina edənlər məhv ediləcək. Respublikanın rayonlarında patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, asayişi pozan şəxslər saxlanılır.
Geri dön