Ana Sayfa > Dünya > Bu ilin sonuna qədər dünya əhalisinin sayının 8 milyarda yaxınlaşacağı açıqlanıb

Bu ilin sonuna qədər dünya əhalisinin sayının 8 milyarda yaxınlaşacağı açıqlanıb


2-01-2022, 12:58. Yazar: admin
Bu ilin sonuna qədər dünya əhalisinin sayının 8 milyarda yaxınlaşacağı açıqlanıb

Dünya əhalisinin sayı 2022-ci ilin sonuna qədər 7,8 milyarda çatacaq.

APA bildirir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.

Məlumata görə, 2021-ci ildə dünya əhalisi 0,9 faiz artaraq əhalinin sayını 74 milyon nəfər artırıb.

Bununla yanaşı o da qeyd edilib ki, 2022-ci ildə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm hadisəsinin gözlənilir.

Çin 1 milyard 439 milyon 323 min nəfərlə dünyanın ən çox əhalisi olan ölkəsi olaraq qalır. 2-ci yerdə isə onu 1 milyard 380 milyon 4 min nəfərlə izləyən Hindistan gəlir. Bununla belə, yayılan məlumatda Hindistanın 2025-ci ildə Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olaraq birinci yerə yüksələcəyi bildirilir.

Hazırda ABŞ dünya əhalisinə görə üçüncü yerdədir. TÜİK-in 2020-ci il məlumatlarına görə Türkiyə 83 milyon 384 min əhalisi ilə dünyada 19-cu yerdədir.
Geri dön