Ana Sayfa > Dünya > Rusiya yeddi britaniyalının ölkəyə girişinə qadağa qoyub
Rusiya yeddi britaniyalının ölkəyə girişinə qadağa qoyub18-12-2021, 04:23. Yazar: admin |
Rusiya Böyük Britanıyanın yeddi vətəndaşının ölkəyə girişini qadağan edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Britaniya hökuməti 2021-ci ilin avqustunda “Navalnının zəhərlənməsinə görə bilavasitə məsuliyyət daşımaları” iddiası ilə Rusiyanın yeddi vətəndaşına qarşı sanksiya tətbiq edib. “Londonun qeyri-dost hərəkətlərinə qarşılıq olaraq Britaniya nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi qərara alınıb", - Zaxarova qeyd edib. Geri dön |