Ana Sayfa > Dünya > Nyu-Yorkda maska taxmaq tələbi bərpa edildi
Nyu-Yorkda maska taxmaq tələbi bərpa edildi11-12-2021, 04:43. Yazar: admin |
Nyu-Yorkda maska taxma tələbi yenidən bərpa edilib. Bu barədə ştatın qubernatoru Keti Hokul məlumat verib Tələb şəhərdə COVID-19 pandemiyası ilə əlaqədar yoluxma hallarının artması səbəbindən bərpa olunub. Maska taxma məcburiyyəti COVID pasportu tələb olunmayan ictimai qapalı məkanlara şamil edilib. Qubernatorun sözlərinə görə, maska tələbini pozanlar min dollaradək cərimə oluna bilər. Qeyd edək ki, hazırda ABŞ-ın Vaşinqton, Oreqon, İllinoys, Nyu-Meksiko, Nevada və Havay ştatlarında da qapalı yerlərdə maska taxmaq tələb olunur. Mənbə: TRT Geri dön |