Ana Sayfa > Dünya > Rusiya və Çin peyk naviqasiyası üçün yol xəritəsi imzalayıb
Rusiya və Çin peyk naviqasiyası üçün yol xəritəsi imzalayıb8-12-2021, 09:16. Yazar: admin |
Rusiyanın “Roskosmos” dövlət korporasiyası və Çin Peyk Naviqasiya Sistemi Komissiyası 2021-2025-ci illər üçün peyk naviqasiyası sahəsində əməkdaşlıq üçün yol xəritəsini təsdiqləyib. Bu barədə “Roskosmos”dan məlumat verilib. “Sənədi “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin və komissiyanın rəhbəri He Yubin imzalayıblar” , - deyə məlumatda qeyd edilir. Bildirilir ki, yol xəritəsində QLONASS və “Beidou” sistemlərinin kompleks və innovativ inkişafı, onların uyğunluğunun və bir-birini tamamlayıcılığının artırılması, Çin və Rusiyada yerüstü ölçmə stansiyalarının qarşılıqlı yerləşdirilməsi planları var. Sənədə qlobal naviqasiya peyk sistemlərinin xüsusiyyətlərinin monitorinqi və qiymətləndirilməsi, habelə Rusiya və Çinin sosial-iqtisadi inkişafı maraqları naminə naviqasiya texnologiyalarından birgə istifadə planları daxildir. “Roskosmos”dan vurğulanıb ki, imzalanmış sənəd peyk naviqasiyası üzrə Rusiya-Çin əməkdaşlığının inkişafı, eləcə də QLONASS texnologiyasının beynəlxalq bazarda irəliləməsi üçün mühüm əhəmiyyət kəsb edir. Mənbə: TASS Geri dön |