Ana Sayfa > Dünya > BƏM Ermənistanla bağlı qərar verdi: “Etnik zəmində zorakı çağırışlar edənlərlə bağlı tədbir görün!”
BƏM Ermənistanla bağlı qərar verdi: “Etnik zəmində zorakı çağırışlar edənlərlə bağlı tədbir görün!”7-12-2021, 20:23. Yazar: admin |
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə qərarı Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası əsasında bu gün qəbul edib. Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır. Qeyd edək ki, burada söhbət Ermənistandakı bir sıra qruplarla yanaşı muzdlulara təlim keçirilməsini təşkil edən VOMA (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) kimi təşkilatlardan da gedir. Bu qərarla Ermənistan bu cür təşkilatların da fəaliyyətini dayandırmalıdır. Geri dön |