Ana Sayfa > Dünya > Saakaşvili bu gün məhkəməyə çıxarılır

Saakaşvili bu gün məhkəməyə çıxarılır


29-11-2021, 11:09. Yazar: admin
Saakaşvili bu gün məhkəməyə çıxarılır

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu gün "7 noyabr" işi üzrə Tbilisi Şəhər Məhkəməsində keçiriləcək məhkəmə iclasında iştirak edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Xüsusi Penitensiar Xidmət məlumat yayıb.

Çexiyada kanatın qırılması nəticəsində kabinədə olan bələdçi faciəli şəkildə ölüb

Artıq sabiq prezident hazırda müalicə aldığı Qori hərbi xəstəxanasından Xüsusi Penitensiar Xidmətə məxsus avtomobil karvanı ilə Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

Məhkəmə prosesi ilə əlaqədar binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, məhkəmə binasının daxili və xaricinə çox sayda polis və su şırnağı maşını cəlb edilib. İclasla əlaqədar sabiq prezidentin çox sayda tərəfdarı da məhkəmə binasının ətrafına toplaşıb.

Qeyd edək ki, M. Saakşavili 7 noyabr 2007-ci ildə hökumət əleyhinə etiraz aksiyasını zorakılıqla dağıtmaqda, İmedi TV-yə basqın təşkil etməkdə və milyarder Badri Patarkatsişviliyə məxsus əmlakı qanunsuz ələ keçirməkdə ittiham edilir.


Geri dön